Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda matəm elan olunacaq

İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.

Bu barədə News.am-a Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Matəm gününün tarixi axtarış-xilasetmə işlərinin başa çatmasından sonra müəyyən ediləcək.

Qeyd edək ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 10 nəfər itkin düşmüş hesab olunur.