Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda hərbçi əsgər yoldaşını güllələdi

Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

“Sputnik Armenia” xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə noyabrın 15-də hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.