Ermənistanda güclü zəlzələ - Dağıntılar var
13 Avqust 2024
Ermənistanda baş vermiş zəlzələ xüsusilə Qeqarkunik rayonuda dağıntılara səbəb olub.
Sputnik xəbər verir ki, Yeranos kəndində zəlzələnin nəticələrinin qiymətləndirilməsi üzrə komissiya fəaliyyət göstərir.
Komissiya rəsmisi dağıntıların olduğunu təsdiqləsə də, vətəndaşlara dəymiş ziyanın təxmini məbləğini açıqlamaqda çətinlik çəkib.
Bundan əvvəl Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan erməni mətbuatına açıqlamasında 50 evə ziyan dəydiyini bildirib.