Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni hərbçi vətənini 370 dollara satıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti müqavilə əsasında xidmət edən hərbi qulluqçuların birini dövlətə xəyanətdə ittiham edib.

“Sputnik Ermənistan” xəbər verir ki, sözügedən hərbçinin xarici xüsusi xidmət orqanlarına vacib məlumatlar ötürdüyü iddia olunur.

İstintaq məlumatına görə, hərbçi V.X. 2021-ci ilin noyabrında “Odnoklassniki” sosial şəbəkəsində xarici xüsusi xidmət orqanlarının birinin əməkdaşı ilə tanış olub.

“O, 6 ay ərzində vatsap üzərindən öz hərbi hissəsinin yerləşmə yeri, döyüş mövqeləri, hərbi hissənin balansında olan avtomobil texnikası barədə dövlət sirrini qarşı tərəfə ötürüb. Hərbçi bunun müqabilində 370 dollar əldə edib”, - deyə məlumatda qeyd olunub.

Həmin hərbçinin saxlanıldığı bildirilir. İstintaq davam edir.