Ərdoğana qarşı növbəti çevriliş planı?
15 May 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə mümkün dövlət
çevrilişi təhlükəsi ilə bağlı təcili iclas keçirib.
Türkiyə mətbuatının yazdığına görə, buna qədər Ankara Təhlükəsizlik
Xidmətinin bəzi əməkdaşları işdən azad ediliblər. Onları “Ayxan Bora Kaplan” cinayətkar
təşkilatı ilə əlaqədə ittiham olunurlar. Polis rəqəmsal materialları müsadirə
etmək üçün işdən azad edilənlərin evində axtarış aparıb.
Ərdoğanın müttəfiqi, Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət
Baxçeli parlament fraksiyanın iclası zamanı bildirib ki, baş verənlər
prezidenti devirmək məqsədilə sui-qəsdə dəlalət edə bilər. Buna görə də o, hökuməti
ancaq bir neçə təhlükəsizlik əməkdaşını işdən kənarlaşdırmaqla kifayətlənməməyə
çağırıb.
İddiaya görə, Ərdoğan gecə saatlarında mümkün çevriliş xəbərdarlığından
sonra Ədliyyə naziri Yılmaz Tunc və Milli İstihbarət Təşkilatının rəhbəri kİbrahim
Kalınla təcili görüş keçirib.