Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Tehrana səfər edəcək.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

H. Əmir Abdullahiyan deyib ki, Türkiyə Prezidentinin İrana səfəri yaxın zamanlarda baş tutacaq: “Bu gün türkiyəli həmkarımla regionda və beynəlxalq aləmdə baş verən müxtəlif məsələləri müzakirə etdik. Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün yol xəritəsi imzalanacaq".

M. Çavuşoğlu İrana qarşı tətbiq olunan sanksiyaları pisləyib və Hərtərəfli Birgə Fəaliyyət Planından çıxan ölkələri bu plana geri qayıtmağa çağırıb.

M. Çavuşoğlu deyib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması sahəsində razılıqlar əldə olunub: “Bu gün iranlı həmkarımla iki ölkə arasında əlaqələrin inkişafını sürətləndirmək haqqında razılıq əldə etdik. İki ölkə arasında beynəlxalq sahədə də əməkdaşlıqların perspektivini müzakirə etdik”.(APA)