Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyada son günlərdə yoluxma sayı azalıb

Dünyada pandemiyanın başlanğıcından bəri 240 940 937 yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölüm halları isə 4 903 911-ə yüksəlib.

Bu barədə ÜST-ün son hesabatında bildirilib. Qeyd olunub ki, son bir gündə yoluxma sayı 325 875, ölüm sayı isə 5 201 olub.

 

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox koronavirusa yoluxma, 46 mindən çox ölüm hadisəsi baş verib. Belə ki, son bir həftə ərzində dünyada yoluxma sayı 4 faiz, ölüm sayı 2 faiz azalıb.

Azalma tendensiyası daha çox Afrikada (18%), eləcə də Qərbi Sakit Okean bölgəsində (16%) qeydə alınıb. Ölüm sayı Afrikada 25%, Cənub-Şərqi Asiyada 19 % azalıb.

Bütün bunlara baxmayaraq, “Alfa” və “Delta” ştammları son bir həftədə bir qədər genişlənib.