Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyada qızılcaya yoluxma riski artır

“Dünyada qızılcaya yoluxma riski artmaqda davam edir”.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) birgə dərc etdiyi yeni hesabatında deyilir.

Qeyd olunub ki, 2020-ci ildə 22 milyondan çox körpə COVID-19 pandemiyası səbəbindən qızılcaya qarşı peyvənd olunmayıb, bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur.

Bu, son iyirmi ildə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır. Eyni zamanda, əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb.

Hesabata əsasən son bir ildə qızılcaya nəzarət pisləşib və bu infeksiya ilə bağlı epidemiya 26 ölkədə baş verib.