Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Niderland qalib gəldi, Qətər qrupdan çıxmaq şansını itirdi

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.