Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Ev sahibi olan Qətər ikinci oyunda da uduzdu

DÇ-2022-nin A qrupunun ikinci turu çərçivəsində keçirilən Qətər - Seneqal matçı başa çatıb.

Matç Seneqalın qələbəsi ilə yekunlaşıb - 3:1.

Oyunda ilk qolu 41-ci dəqiqədə Seneqalın oyunçusu Bulaye Dia açıb. Qarşılaşmanın 48-ci dəqiqəsində Didhu Seneqalın ikinci qolunu vurub.

Qətər komandası 78-ci dəqiqədə Muntari ilə hesab arasındakı fərqi azaltsa da, Dienq 83-cü dəqiqədə Seneqalın üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1.

Bu, ev sahibi olan Qətər yığmasının turnirdə ikinci məğlubiyyətidir. Seneqal isə ilk oyunda məğlubiyyətdən sonra ilk qələbəsini qazanıb.