Diplomatlar Kiyevi tərk edirlər
24 Yanvar 2022
Britaniya və Birləşmiş Ştatlar Ukraynadan səfirlik işçilərinin bir qismini və ailə üzvlərini çıxarmağa başladığını elan edib. Kiyev isə bu addımı “vaxtından əvvəl” adlandırıb.
Avropa İttifaqı dərhal ABŞ və Britaniya kimi addım atmayacağını bildirib. Blok rəsmisinin yanvarın 24-də dediyinə görə, Rusiya ilə diplomatik danışıqlar davam etdiyi müddətdə vəziyyəti “dramatikləşdirməyə” ehtiyac yoxdur.
Britaniyanın Xarici İşlər Nazirliyi yanvarın 24-də bildirib ki, “Rusiyadan artan təhdidə” cavab olaraq Ukraynadakı səfirliyin bəzi işçilərini və onların qohumlarını çıxarır.
Hər iki ölkə səfirliklərin “vacib işlər” üçün açıq qalacağını qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleh Nikolenko isə “sakit qalmağın” vacibliyini qeyd edib.
“Amerika tərəfinin bu addımını vaxtından əvvəl, aşırı ehtiyatlılıq əlaməti hesab edirik”, – o deyib.
“Rusiya Federasiyası Ukraynada vəziyyətdə sabitsizlik yaratmaq üçün fəal cəhdlər göstərir”, – deyən Nikolenko medianın “ukraynalılar və əcnəbilər arasında çaxnaşma salmaq üçün” “dezinformasiya, manipulyasiya” yaydığını vurğulayıb.
Aİ-nin baş diplomatı Jozep Borrel yanvarın 24-də deyib ki, blokun indilik heyətini Ukraynadan çıxarmaq planları yoxdur.
“Eyni şeyi etməyəcəyik, çünki bunun üçün konkret səbəblərimiz yoxdur. Danışıqların getdiyi bir məqamda bu qədər dramatikləşdirməyə ehtiyac görmürəm”, – o vurğulayıb.
Aİ nazirlərinin yanvarın 24-də keçiriləcək iclasında Avropa Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması bir daha pisləniləcək. Rusiyanın sərhədə 100 mindən çox əsgər yığdığı bildirilir.
Birləşmiş Ştatlar Kiyevdəki səfirlik işçilərinin ailə üzvlərinə Ukraynadan çıxmaq göstərişi verib. Rusiya tərəfdən hərbi hücum təhdidi ilə əlaqədar ABŞ vətəndaşlarının hamısına ölkədən çıxmağın vacibliyi bildirilib.
Dövlət Departamenti yanvarın 23-də bildirib ki, səfirliyin əsas heyətdə olmayan işçiləri də hökumətin hesabına, könüllü şəkildə çıxa bilərlər. Departament göstərişləri “Rusiya tərəfdən hərbi hücumla bağlı davamlı təhdidlə” əlaqədar verdiyini bildirib.
Bəyanata görə, ABŞ hökuməti Ukraynadakı ABŞ vətəndaşlarını “evakuasiya edə bilməyəcək” və onlar ölkəni kommersiya reysləri ilə tərk etməyi nəzərdən keçirməlidirlər.
“Bunlar ehtiyat tədbirləridir, bizim Ukraynaya dəstəyimizə heç bir zərbə vurmayacaq”, – Dövlət Departamentinin rəsmisi jurnalistlərə deyib.
Rəsmi Ukraynada neçə amerikalının olduğunu deməyib. Ancaq qeyd edib ki, ABŞ səfirliyi “indiki kritik məqamda fasiləsiz dəstək vermək işini davam etdirəcək”.
Bəyanatda Ukraynanın sərhədləri boyunca, Rusiyanın ilhaq etdiyi Krımda və Ukraynanın Rusiyanın nəzarətində olan şərq hissələrində təhlükəsizlik şərtlərinin “gözlənilməz olaraq qaldığı, istənilən an pisləşə biləcəyi vurğulanır. “Kiyev daxil, Ukrayna boyunca bəzən zorakı xarakter alan nümayişlər baş verir”, – departament qeyd edir.
Dövlət Departamenti Rusiyanın Ukraynaya qarşı ciddi hərbi hücum planlamasına dair xəbərlərə istinad edib. Amma jurnalistlərə danışan rəsmi konkret hansı hərəkətin nəzərdə tutulduğunu açıqlamayıb.
“Biz təcavüzün baş verəcəyini bildiyimizi demirik. Prezident (Vladimir) Putinin nə qərar verəcəyini heç birimiz bilmirik. Bu ehtiyat tədbirlərini görməklə yanaşı biz diplomatik fəaliyyəti davam etdiririk”, – rəsmi söyləyib.
Dövlət Departamenti amerikalılara Ukraynaya getməməyi tövsiyə edib. COVID-19-la əlaqədar belə bir xəbərdarlıq daha öncə edilmişdi, amma yenisi daha sərt səslənir.
Qurum amerikalılara Rusiyaya səyahət etməməklə bağlı da xəbərdarlıq edib. Moskvadakı ABŞ səfirliyi amerikalıların “qısnama” ilə üzləşə biləcəyini bildirib.
Dövlət katibi Entoni Blinken yanvarın 23-də Rusiyaya qabaqlayıcı sanksiyaları rədd edib, belə bir addımın Moskvanı Ukraynaya potensial təcavüzdən çəkindirmək istəyən Qərbin gücünə zərbə vuracağını deyib.