Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir region alovlanır - Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğız Respublikası ilə Tacikistan arasındakı dövlət sərhədində silahlı qarşıdurma olub.

“Kabar”a xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin informasiya və kommunikasiya idarəsi bildirib.

Məlumata görə, martın 10-da səhər saatlarında Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayəti Batken rayonun Teskey məntəqəsində sərhədin müəyyən edilməyən hissəsində növbə çəkərkən qarşı tərəfin sərhədçiləri əvvəllər hərəkət etdikləri marşrutu dəyişib. Tacikistan hərbçiləri Qırğızstan sərhədçilərindən ərazi tərk etməyə çağırış ediblər. Ancaq qarşı tərəf bu müraciətə məhəl qoymayıb. Tacikistan hərbçiləri onlara atəş açıb. Atışma 10 dəqiqə davam edib.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi qeyd edib ki, Teskey sərhədin müəyyən edilməyən hissəsi olsa da oradan faktiki olaraq qırğızlar istifadə edirlər.