Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çox sağ ol, Mask...

Tez-tez açıqlamaları ilə gündəmə gələn Elon Mask bu dəfə daha qorxulu ifadələr işlədib.

Elon Mask bəşəriyyətin yüz faizinin kütləvi şəkildə yox olacağını deyib.

Mümkün bir kütləvi yoxa çıxmada bəşəriyyətin sağ qalmayacağını bildirən Musk "Bəşəriyyətin yüz faizi kütləvi şəkildə yox olacaq. İnsanların Yer kürəsində qalmaqla kütləvi yox olmaqdan xilas olmaq imkanı yoxdur", deyə bildirib.

Elon Mask həmçinin insanların kütləvi yox olmaqdan xilas olmaları üçün çıxış yolunun nə olduğunu da deyib. O, qeyd edib ki, bunun yeganə çıxış yolu başqa planetə köçməkdir: "İnsanlar kütləvi yox olmaqdan xilas olmaq istəyirlərsə, başqa planetlərə köçməlidirlər”.