Covid-dən sonrakı depressiya: Epidemiya deyil, amma...
17 Fevral 2022
Koronavirus pandemiyası dövründə sosial təcrid, iqtisadi stress, yaxınların itkisi və digər çətinliklər narahatlıq və depressiya kimi psixi sağlamlıq problemlərini gücləndirib.
“The New York Times” bu haqda fevralın 16-da yayılmış araşdırmaya istinadla yazır.
Psixi sağlıq diaqnozlarında artım
“The BMJ” dərgisində çıxmış araşdırmada “Veterans Health Administration” sistemində 154 minə yaxın Covid xəstəsinin tarixçəsi öyrənilib, onların virusa yoluxandan sonrakı bir ildəki həyatı virus keçirməyənlərlə müqayisə olunub.
Araşdırmaya yalnız mental sağlıq diaqnozu olmayanlar, yaxud koronavirusa yoluxmadan öncəki iki il ərzində bununla bağlı müalicə almayanlar salınıb. Bununla tədqiqatçılar yalnız yoluxmadan sonra baş verən psixiatrik diaqnozlar və müalicəyə fokuslanıblar.
Covid keçirənlərə bu virusa yoluxmayanlardan 39 faiz artıq depressiya, 35 faiz çox narahatlıq diaqnozu qoyulub. Stress, adaptasiya pozğunluğu, yuxu pozğunluğu da müvafiq olaraq 38 faiz və 41 faiz artıq olub.
“Covid-dən sonrakı aylarda mental sağlamlıqla bağlı diaqnozlarda aşkar artım var”, – Oksford Universitetində psixiatriya professoru Pol Harrison deyib.
Epidemiya deyil, amma...
Bu data heç də Covid xəstələrinin əksəriyyətində mental simptomların yaranacağı anlamına gəlmir. Araşdırmanın əhatələdiyi pasiyentlərin yalnız 4.4-5.6 faizində depressiya, narahatlıq, stress və adaptasiya pozğunluğu üzə çıxıb.
“Xoşbəxtlikdən, bu, narahatlıq və depressiya epidemiyası deyil. Amma əhəmiyyətsiz də görünməməlidir”, – Dr. Harrison deyib.
Tədqiqatçılar onu da aşkarlayıblar ki, Covid xəstələrində, yoluxmayanlardan 80 faiz çox beyin dumanlanması, çaşqınlıq, huşsuzluq yarana bilər.
Ağrı üçün təyin edilən dərmanlardan dolayı uyuşdurucudan istifadə pozğunluğu, alkoqolizm pozğunluğu da Covid xəstələrində formalaşa biləcək mümkün simptomlardır.
CDC yeni təlimat hazırlayır
Bu arada Birləşmiş Ştatlarda Omikron ştammına yoluxmalar səngidikcə ştatları çoxu maska taxmaq qaydalarını yüngülləşdirir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski deyib ki, qurum vəziyyətə uyğun təlimat üzərində işləyir.
“İşlər düzgün istiqamətdə gedir, amma bacardığımız qədər ayıq-sayıq olmalıyıq ki, bu trayektoriya davam eləsin”, – Valenski vurğulayıb.
O, agentliyin tezliklə maska taxmaq daxil, yeni təlimatlar yayacağını qeyd edib.
“Göstəricilər yaxşılaşdığından adamlara üzü bağlamaqda fasilə vermək istəyirik... İşlər pisləşərsə, o zaman bunu aydın bildirəcəyik, dataya və elmə əsaslanacağıq”, – o vurğulayıb.
Fevralın 15-də ölkə üzrə 85 min nəfər virusdan xəstəxanada yatırdı. Bu, son iki həftədə 30 faizdən çox azalma deməkdir. Reanimasiya şöbələrində Covid xəstələrinin də sayı azalmaqdadır.
“Xəstəxanalarımız infarkt, iflic keçirmiş şəxsləri də müalicə etməlidir. Təcili durumda olan xəstələrin növbədə gözləməməsi üçün reanimasiya şöbələrimiz həddən artıq dolmamalıdır”, – Valenski deyib.