Logo
news content
User
Kateqoriyalar

Xəbər

Conson Zelenskinin gödəkçəsini hərraca çıxardı

Ukrayna prezidenti Vladimir Zelenskinin gödəkçəsi "Sotheby's" hərracında 90 min (188,8 min manat) funt-sterlinqə satılıb.

Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları aktiv olmağa çağırıb.

Lotun ilkin dəyəri 50 000 funt sterlinq olub.

Conson Zelenskini “zəmanəmizin ən heyrətamiz liderlərindən biri” adlandırıb:

“Cənab Zelenskinin Ukrayna prezidenti olması Rusiya prezidenti Putin üçün fəlakət, Ukrayna və dünya üçün xeyirdir”.