Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı

2027-ci ildən etibarən Çindən avtomobil ixrac edən istehsalçılar avtomobillərin ölkə xaricində təmiri və texniki xidmətinin mümkünlüyünü, eləcə də ehtiyat hissələri ilə təminatını təsdiqləməli olacaqlar.

"Kommersant" nəşri xəbər verir ki, bu dəyişiklik qlobal brendlərin hazırda Çində populyar olan modellərinin xaricə ixracını çətinləşdirə bilər.

2026-cı ildən etibarən istehsalçının icazəsi alınmadan Çindən istənilən markalı avtomobili yalnız onun Çində 180 gündən çox qeydiyyata düşməsi şərti ilə ixrac etmək mümkün olacaq. Bu müddətdən sonra avtomobil, hətta yürüşü sıfır olsa belə, işlənmiş hesab ediləcək.

Yeni avtomobillərin ixracı üçün isə istehsalçının razılığı tələb olunacaq.

2027-ci ildən istehsalçılardan xaricdə servis mərkəzləri şəbəkəsinin mövcudluğunu təsdiqləmək tələb ediləcək. Bildirilir ki, bunun üçün Çin hakimiyyəti servis mərkəzlərinin sənədlərini, əməkdaşlar barədə məlumatları və avadanlıqların fotoşəkillərini də tələb edə bilər.