Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb - 179 nəfər ölüb

Cənubi Koreya məxsus “Boeing 737-800” təyyarəsi qəzaya uğrayıb. 

Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, təyyarənin göyərtəsində 181 nəfər (175 sərnişin və 6 ekipaj üzvü) olub. Qəza nəticəsində 179 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzaya təyyarənin mühərrikinə quş çırpılması səbəb olub. Ekipaj təyyarəni endirməyə çalışsa da, sürəti azalda bilməyib və hava gəmisi uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib.

Qəza yerində axtarış-araşdırma işləri davam etdirilir.