Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: Ev sahibləri qalıb gələ bilmədilər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib.

"İnter" "San Siro"da İngiltərə "Liverpul"una məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub.

"Zaltsburq" isə Almaniya "Bavariya"sı ilə görüşdə qələbəni son anda əldən verib. 21-ci dəqiqədə Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.

Cavab görüşləri martın 8-də gerçəkləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real Madrid"ini 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

16 fevral

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Roberto Firmino, 75. Məhəmməd Salah, 83

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1

Qollar: Adamu Çikvubuyke, 21 - Kinqsli Koman, 90

Baş hakim: Maykl Oliver (İngiltərə).