Logo
news content
User
Kateqoriyalar

Xəbər

Canlı yayımda başına xaç düşən rahib öldü - VİDEO

Ekvadorun Quayakil şəhərində yerləşən kilsənin baş keşişi üzərinə xaç düşməsi nəticəsində həyatını itirib.

Hadisə internetdə canlı yayımlanan ibadət zamanı baş verib.

Belə ki, Katolik Kilsəsinin Daimi Yardımçı Məryəm Ana kilsəsində baş tutan dini ayin zamanı xaç divardan qoparaq rahib Patrisio Alfredo Sançes Molinarinin başına düşüb.

Quayakil şəhərinin baş yeparxiyası rahibin həlak olduğunu təsdiqləyib.

Hadisənin görüntülərini sizə təqdim edirik: