Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu istiqamətlərdə ən gərgin döyüşlər gedir - Zelenski “ən qaynar” nöqtələri açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi ərazilərin adını açıqlayıb.

Zelenski bu haqda özünün teleqram kanalında danışıb.

Ukrayna lideri bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşüb və o, cəbhədəki vəziyyətlə bağlı ona məruzə edib. A.Sırski qeyd edib ki, bir çox ərazilərdə vəziyyət ağır olaraq qalır.

“Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərindədir”, - Zelenski bildirib.