Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı Rusiyanın raket zərbələrinin hədəfini açıqladı

“Oktyabrın 10-dan bəri Rusiya Ukraynadakı hədəflərə uzaq məsafədən zərbələr endirir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, hücumlar qanadlı raketlər və İran istehsallı “Şahed” PUA-ları vasitəsilə həyata keçirilir: “Çox güman ki, məqsəd Ukraynanın enerji şəbəkəsinə zərbə vurmaqdır”.

Həmçinin məlumatda vurğulanıb ki, Rusiya Ukraynanın hərbi və mülki infrastukturuna zərbələr endirməklə avqust ayından bəri davam edən uğursuzluğunu kompensasiya etməyə çalışır.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib. Bu barədə ölkənin xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiya ukraynalıların əzmini qıra və ABŞ-ın Ukraynanı dəstəkləməsinə mane ola bilməyəcək: “Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şəhərlərini tanklarla ələ keçirə bilmədi. İndi qorxaqcasına dron hücumlarına cəhd edir. Bunlar döyüş meydanında məğlub olan bir insanın çıxılmaz hərəkətləridir”.