Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bred Pit sağalmaz xəstəliyə tutulub

Dünyaca məşhur amerikalı aktyor Bred Pit sağalmaz xəstəlikdən əziyyət çəkir.

“DailyMail” xəbər verir ki, 58 yaşlı Hollivud ulduzu artıq insanları üzdən tanımaq qabliyyətini itirib. Onun prosopaqnoziyadan əziyyət çəkdiyi bildirilir.

Sənətçi bildirib ki, məclislərdə və digər tədbirlərdə tanışları, dostlarını tanımaq onun üçün çətin olur və buna görə də yaxınlarının onu eqoist, təkəbbürlü və ya təcrid olunmuş hesab edəcəyindən qorxur.

“Heç kim mənə inanmır”, - deyə Pit əlavə edib.

Aktyor xəstəliyindən ilk dəfə 2013-cü ildə danışıb. Daha sonra ulduz bir çox həmkarlarının onun başqalarına hörmət etmədiyini düşündüyünü və bunun onu əsəbiləşdirdiyini qeyd edib. Lakin həkimlər hələ ki rəsmi olaraq aktyora bu diaqnozu qoymayıblar.