Logo
news content
User
Kateqoriyalar

Xəbər

Braziliyada təyyarə qəzası nəticəsində 62 nəfər ölüb

Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.

Bu barədə G1 portalı xəbər yayıb. İlkin məlumata görə, təyyarənin düşməsi nəticəsində 62 nəfərin hamısı ölüb.

Təyyarə Kaskaveldən (Parana ştatı) Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb.

Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. 

Qəzanın səbəbləri məlum deyil.