Logo
news content
User
Kateqoriyalar

Xəbər

Böyük hücum olacaq - ABŞ İranın İsrailə zərbəsinə hazırlaşır

“ABŞ yaxın günlərdə İrandan İsrailə qarşı kütləvi silsilə hücumlara hazırlaşır”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurası ilə strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi jurnalistlər üçün brifinqdə deyib.

Onun sözlərinə görə, Tehranın hücumu bu həftə gözlənilir:

“Biz bunu çox yaxından izləməyə davam edirik. İndiki məqamda hücumun İrandan, yoxsa onun proksilərindən gələcəyini, bunun necə görünə biləcəyini dəqiq söyləmək çətindir, lakin bunun əhəmiyyətli silsilə hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq. Buna görə də biz son bir neçə gündə bölgədəki gücümüzü və imkanlarımızı artırdıq”.