Logo
news content
User
Kateqoriyalar

Xəbər

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib. 25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Hidayət Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir. (Report)