“Bizdə islam dini mərkəzlərinin yaranmasının qarşısını sovet hakimiyyəti aldı”
24 Oktyabr 2023
“Azərbaycanda qədim dövrdə dini mərkəzlərin yaranmamasında tarixi aspektlərin rolu
olub. Azərbaycan mühüm dini mərkəzlərdən uzaq olub, həmçinin ölkəmizdə siyasi və
sosial baxımından dini mərkəzə çevrilməsi üçün şərtlər formalaşmayıb. Bu səbəbdən də
digər ucqarlar kimi Azərbaycan da dövrün əsas mərkəzlərinə bağlı olub”.
Bu sözləri Pressklub TV-də Azərbaycanda xarici dini təsir və yerli dini mərkəzin
mövcudluğu ilə bağlı müzakirələrdə jurnalist Kənan Rövşənoğlu deyib.
Jurnalist Qabil Abbasoğlunun təqdimatında efirə gedən “Azərbaycanda dini fəaliyyət
kimin nəzarətindədir?” başlıqlı verilişdə tarixçi, orta əsrlər tədqiqatçısı Əkbər Nəcəf və
jurnalist Kənan Rövşənoğlu iştirak edib. Qonaqlar İslam coğrafiyasında dini mərkəzlər,
onların təsir imkanları, tarixi və eləcə də Azərbaycanda dini mərkəzin olmamasının
səbəbləri barədə fikirlərini bildiriblər.
Kənan Rövşənoğlu bildirib ki, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində islam
ölkələrində, xüsusən də şiəlik içərisində mərkəzləşmə meylləri gücləndiyi üçün
Azərbaycanda dini mərkəzlərin yaranması ehtimalı yüksəlib: “Bu dövrdə Nəcəf kimi
mərkəzlərdə təhsil almış azərbaycanlılar ictihad dərəcəsinə çatıb, lakin Nəcəfdəki
üləmaya bağlı olub. Sovetlərin gəlişi ilə dinin qadağan edilməsi Azərbaycanda nüfuzlu
islam alimlərinin mərkəzində dayandığı İslam dini mərkəzlərinin yaranması prosesinin
qarşısını aldı. Çoxlu sayda ictihad dərəcəsinə yüksəlmiş din alimləri qətlə yetirildi və ya
sürgün edildi”.
Tarixçi alim Əkbər Nəcəf bildirib ki, Azərbaycanda dini fəaliyyət göstərən qurum və
quruluşlar bürokratik zehniyyətdə fəaliyyət göstərir: “İşin elmi, dini, tarixdən irəli gələn
aspektlərini ciddi olaraq təhlil edib düşünə bilmirlər. Yəni din məsələsində bizim
üfüqümüz dardır”.
Əkbər Nəcəfin fikrincə, digər bir məsələ isə ondan ibarətdir ki, bizim din xofumuz –
qorxumuz vardır. Yəni biz siyasi düşüncədə də dindən qorxuruq. “Dindən qorxduğun
zaman isə dini anlayış haqqında heç bir təsəvvür əldə edə bilməzsən” – tarixçi
vurğulayıb.
Eyni zamanda verilişdə ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı, İlahiyyat
İnstitutunun keçmiş rektoru Ceyhun Məmmədovun da fikirlərinə yer verilib.
C.Məmmədov Azərbaycanda dini sahəyə xarici təsirlər və bunun yarada biləcəyi
təhdidlərdən danışıb.
Verilişin tamamını linkdən izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=TRbD-cGJxyo&t=385s&ab_channel=PressklubTV