Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bişkek-Antalya reysi ilə uçan təyyarə Bakıya məcburi eniş etdi

Bişkek-Antalya reysi ilə uçan təyyarə Bakıya eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

"Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Qeyd edək ki, hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.