Bill Qeyts dünyanı yenə hədələdi: Daha bir epidemiya yaşayacağıq
21 Fevral 2022
Almaniyada Münhen Təhlükəsizlik Konfransında çıxış edən və koronavirusda ağır xəstələnmə risqinin çox aşağı olduğunu vurğulayan Microsoft-un həmtəsisçisi Bill Qeyts yeni pandemiya ilə bağlı çox mübahisəli xəbərdarlıq edib.
Qeyts potensial yeni pandemiyanın, ehtimal ki, koronavirus ailəsindən fərqli bir patogendən qaynaqlanacağını söyləyib: “Daha bir epidemiya yaşayacağıq. Bu dəfə fərqli bir patogen olacaq".
Qeyts əlavə edib ki, indi düzgün investisiyaların yatırılması dünyaya yeni pandemiya ilə daha yaxşı mübarizə aparmağa kömək edəcək. Avstraliyanın koronavirusla mübarizəsini misal çəkən Qeyts, “əgər hər ölkə Avstraliyanın etdiklərini etsəydi, hazırda epidemiya olmazdı” deyib.