Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəzi xarici ölkələrdəki səfirlərimiz dəyişdi

Anar Laçın oğlu İmanov Azərbaycanın Vyetnamda, eyni zamanda Kamboca və Laosda səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev sərəncamı oktyabrın 18-də imzalayıb.

Başqa sərəncamlarla Fəxrəddin İsa oğlu Qurbanov Xorvatiyada səfir postundan götürülüb, onu Anar İmanov əvəzləyib.

Şövqi Kamal oğlu Mehdizadə Vyetnamda səfir kürsüsünə təyinat alıb.

Oktay Sudef oğlu Qurbanov Mərakeşdə, eyni zamanda Mavritaniya, Seneqal, Mali, Portuqaliya, Tunisdə səfir və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən alınıb.

Nazim Adil oğlu Səmədov Mərakeşdə səfir təyin edilib.

Məmməd Bahəddin oğlu Əhmədzadə İtaliyada, eyni zamanda San Marino, Maltada səfir və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb.

Rəşad Fəxrəddin oğlu Aslanov İtaliyaya səfir göndərilib.

Ağasəlim Səmədağa oğlu Şükürovu Livanda səfir vəzifəsində Səməd Əyyub oğlu Həsənov əvəzləyib.

Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə NATO yanında nümayəndəliyin başçısı təyin edilib.