Logo
news content
User
Kateqoriyalar

Xəbər

Beynəlxalq Bankın keçmiş rəhbərinin Londonda dəbdəbəli əmlakı müsadirə edilib

Azərbaycanda həbs olunan bankir Cahangir Hacıyevin həyat yoldaşı Naytsbricdəki təxminən 14 milyon funt-sterlinq dəyərində olan evin və Askotdakı qolf klubunun müsadirə edilməsi ilə bağlı qərarla razılaşıb.

Qərar Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) əmlakın əldə edilməsi ilə bağlı təhqiqatından sonra verilib.

NCA-nın avqustun 5-də yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğunu hesab edir.

2018-ci ildə NCA Cahangir Hacıyevin Böyük Britaniyadakı mülklərinə həbs qoyub ki, onun satılması və heç kiməsə veriıməsi mümkün olmasın.

Cahangir Hacıyev 2015-ci ilin mart ayına qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri olub.

Növbəti il o, Azərbaycan məhkəməsi tərəfindən Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, dələduzluqda və mənimsəmədə təqsirli bilinib.

2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib və hazırda 16 illik cəza çəkir.

Daha sonra NCA təhqiqatçıları ABB-dən vəsaitlərin müxtəlif hesablar vasitəsilə necə köçürüldüyü və Hacıyevin yaxın adamı tərəfindən yuyulması ilə bağlı çoxsaylı nümunələr müəyyən ediblər.

Böyük məbləğlər Britaniyanın Virgin adaları, Sent Kitts və Nevis, Panama, Kipr və Lüksemburq vasitəsilə köçürülüb və Londonda əmlak almaq üçün istifadə edilib.

Belə ki, qolf klubunun alınması Lüksemburqda qeydiyyatdan keçmiş şirkətlərin mürəkkəb kompleks strukturu vasitəsilə, eləcə də Kiprdəki ofşor trestlərdən istifadə etməklə həyata keçirilib.

NCA-nın bildirdiyinə görə, Naytsbircdəki evinin alınması üçün istifadə olunan vəsaitlərin demək olar ki, hamısının Kipr, Estoniya və İsveçrə vasitəsilə iki xüsusi ABB hesabından daxil olduğu güman edilir.

Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi.

2018-ci ilin fevralında məhkəmə başlayanda onun adına olan bütün əmlaklar 22 milyon funt sterlinqdən (29,2 milyon dollar) çox qiymətləndirilmişdi.