Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bazar yaxınlığına endirilən aviazərbə nəticəsində 49 nəfər ölüb

Myanma hərbçiləri tərəfindən üsyançı qruplaşmanın nəzarətində olan ərazidəki bazarın yaxınlığına endirilən aviazərbə nəticəsində azı 49 nəfər ölüb, 58 nəfər isə yaralanıb.

Bu barədə "Associated Press" qruplaşmanın və xilasetmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Onların açıqlamasına görə, hərbçilər ora iki bomba atıblar.

Myanma ordusu hələ ki, bu zərbəni şərh etmir. Bundan əvvəl ordu hərbi hədəflərə zərbələr endirdiyini bildirmişdi.