Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baydendən “F-16” açıqlaması

Xəbər verdiyimiz kimi, G20 Sammitində Türkiyə Prezidenti Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Bayden Ərdoğana Türkiyə ilə ABŞ arasında “F-16" prosesini dəstəkləməyə davam edəcəklərini bildirib.

Bayden Türkiyənin İsveçin NATO üzvlüyü prosesində mühüm bir aktor olduğunu da qeyd edib.

Xatırladaq ki, bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb. Sammit noyabrın 16-sı da öz işini davam etdirəcək.