Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Azərbaycana AZAL-ın təyyarə qəzasının araşdırılmasında yardım təklif edib

Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, “Bizim komandamız , diplomatlarımız və Milli Təhlükəsizlik Şurasının əməkdaşları vasitəsilə Azərbaycan hökumətinə aydın şəkildə bildirib ki, istintaqda yardıma ehtiyacı olduqda onlara kömək etməyə hazırıq». Kirbi həmçinin ABŞ-ın “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirdiyini də təsdiqləyib.

“Qazaxıstan və Azərbaycan birlikdə araşdırma aparırlar, əgər ehtiyac olsa, istəsələr, biz bu araşdırmada öz köməyimizi təklif etmişik”, – Kirbi yekunlaşdırıb.