Balıqlar su basmış küçələri işğal etdilər - VİDEO
29 Sentyabr 2026
Tailandın paytaxtı Banqkokda aramsız və güclü yağışlar nəticəsində şəhərin bəzi əraziləri su altında qalıb. Həmçinin şəhərin su anbarlarının daşması daşqınlara səbəb olub. Bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib. Üstəlik, bəzi küçələrdə axan sularda balıqlar görüntülənib.
Bununla bağlı sosial şəbəkələrdə yayılan kadrlarda balıqlar su altında qalan yollarda avtomobillərin arasından üzərək keçir.
Qeyd edilir ki, şəhər kanalları və su anbarlarının suyu yolun hərəkət hissəsinə çıxdığı üçün axın özü ilə birlikdə su basmış küçələrə balıqları da çıxarıb. Yerli sakinlər yollarda balıq sürülərinin olduğunu bildirirlər.