Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda güclü külək 11 nəfərə xəsarət yetirib

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan 5-i kişi, 6-sı isə qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.