Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı cəmiyyət sədri Mariupolda mühasirəyə düşüb

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

Afaq Həmidova ilə bu gün əlaqə yaradılıb və o deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib. (Report)