Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın keçmiş Baş prokuroru vəfat edib - FOTO

Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.

İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb.

2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri ikən siyasi fəaliyyətdən uzaqlaşıb.