Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
23 Aprel 2026
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.
Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.
Millinin heyətində medal qazanan güləşçilərimiz: Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) (qızıl), Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasovdur (87 kq) (bürünc).
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.