Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər - Aleksey Overçuk

Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər.

Bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.

"Biz bu sahədə birlikdə işləyib uğur qazana bilərik. Rusiyanın Azərbaycana investisiyaları 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları 1,5 milyard dollara çatıb. Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır. İndi dəmir yollarının tikintisi və inkişafı, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiya müəssisələrinin, logistikanın inkişafı üçün yaxşı perspektivlər var. İndi bizim qarşımızda Şimal-Cənub və Qərb-Şərq dəhlizlərini əlaqələndirmək imkanı yaranıb. Bundan bütün Avrasiya İqtisadi İttifaqı məkanı bəhrələnə bilər", - A.Overçuk bildirib.