Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda ŞOK hadisə: Tələbə anasını BIÇAQLADI

Ağdamda oğul anasını bıçaqlayıb.




DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E. Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Eltun Kərimov saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır.