Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 1052 nəfər deputatlığa namizəd kimi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1 052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə 1 508 nəfər namizədlik üçün müraciət edib. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1 420 nəfərə imza vərəqləri verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb.