Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Rusiya baş nazirinin müavininin Bakıya səfərini ləğv edib

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.

Bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.

Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.