Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan ordusunun iki hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu vəfat edib.

Qeyd olunub ki, o, noyabrın 17-də səhər saatlarında yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.

Noyabrın 17-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov da həkimlərin səyinə baxmayaraq, kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!