Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz 2:0 hesabı ilə irəlidə olsa da, Moldova yığması əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qol vurmağı bacarıb. Qolları komandamızın heyətində Emin Mahmudov və Aleksey İsayev vurublar. Meydan sahiblərin heyətində isə Nikita Motspan fərqlənib.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.