Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan hökumətinin adından İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

Bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib. İmzalama mərasimi Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.