Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azad Rəhimovun oğlu Formula-1 rəhbərliyindən kənarlaşdırılıb

7 ildir Baku City Circuit əməliyyat şirkətinə rəhbərlik edən Arif Rəhimov vəzifəsindən azad edilib. Formula-1 yarışlarını təşkil edən bu şirkətin rəhbəri səlahiyyətlərini icra etmək üçün Maqsud Fərzullayev təyin edilib. Bu barədə Baku City Circuit-in məlumatında deyilir.

Qeyd edək ki, Arif Rəhimov ötən il xərçəng xəstəliyindən dünyasını dəyişən keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Rəhimovdan oğluna mağazalar şəbəkəsi, ticarət obyektləri və daşınmaz əmlaklardan ibarət geniş biznes imperiyası miras qalıb.