Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa ölkələrində minimum əməkhaqqı

27 ölkəni birləşdirən Avropa İttifaqının 21 üzvü minimum əməkhaqqı sistemi tətbiq edir. Novator.az bildirir ki, 2022-ci il yanvarın 1-nə minimum maaşın ən yüksək məbləği Lüksemburqda qeydə alınıb: 2257 avro.

İrlandiyada minimum əməkhaqqı 1775, Niderlandda 1725, Belçikada 1658, Almaniyada 1621, Fransada 1603, İspaniyada 1126, Sloveniyada 1074 avro göstərilir.

Qalan ölkələr minimum maaş məbləğinə görə belə sıralanır:

Portuqaliya – 823 avro

Malta – 792 avro

Yunanıstan – 774 avro

Litva – 730 avro

Polşa – 655 avro

Estoniya – 654 avro

Çexiya – 652 avro

Slovakiya – 646 avro

Xorvatiya – 624 avro

Macarıstan – 542 avro

Rumıniya – 515 avro

Latviya – 500 avro

Bolqarıstan – 332 avro.

100 avro 193 manatdır. Azərbaycanda aylıq əməkhaqqının minimum məbləği 300 manat müəyyən edilib. (Novator)