Avropa Məhkəməsi Saakaşvilini özəl klinikaya köçürülməsi iddiasını təmin etməyib
11 Noyabr 2021
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini aclıq aksiyasına son qoymasını tələb edərək penitensiar tibb müəssisəsindən özəl klinikaya köçürməsi barədəki iddianı təmin etməyib.
Bu barədə çərşənbə günü respublikanın ədliyyə naziri Rati Breqadze “Facebook” səhifəsində yazıb.
“2021-ci il noyabrın 10-da Strasburq Məhkəməsi Gürcüstan hökumətini yazılı şəkildə xəbərdar edib ki, elə həmin gün Mixail Saakaşvilinin nümayəndələri Avropa İnsan Haqları Məhkəməsinə aşağıdakı tələblə müraciət ediblər. Mixail Saakaşvilinin təhlükəsizliyi və sağlamlığı lazımi qaydada təmin edilmədiyindən 18 saylı tibb müəssisəsindən təcili olaraq özəl klinikaya aparılması iddia edilib. Lakin Strasburq məhkəməsi iddiaçının qeyd olunan tələbini təmin etməyib və Saakaşvilinin mülki klinikaya köçürülmək əvəzinə, onun aclıq aksiyasını dayandırmağa çağırıb”, Breqadze vurğulayıb.
Ədliyyə naziri əlavə edib ki, AİHM Gürcüstan hökumətinə noyabrın 24-dək Saakaşvilinin səhhəti barədə məlumat verməyi tapşırıb.
Bu arada keçmiş prezident vəkili Nika Qvaramiyan çərşənbə günü keçirdiyi brifinqdə bildirib ki, Strasburq məhkəməsi Saakaşvilinin işini prioritet məsələ kimi tanıyıb.(APA)