Logo
news content
User
Kateqoriyalar

Xəbər

Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək

İran uranın zənginləşdirilməsindən imtina etməyəcək.

İran mediasının məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.

“ABŞ-ın İranın nüvə obyektlərinə qarşı təhdidləri yeni deyil və Tehran uranın zənginləşdirilməsindən imtina etməyəcək”, - o qeyd edib.

Eslami əlavə edib ki, zənginləşdirmə prosesi nüvə sənayesinin ayrılmaz hissəsidir: “İran öz uranını da təhvil verməyəcək”.