Araik Harutyunyanın vəkili də ona bəraət istəyib
05 Dekabr 2025
Təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb.
Tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın liderləri və digərləri barəsində olan cinayət işləri üzrə məhkəmə dekabrın 4-də davam etdirilib.
İclasda vəkillər çıxışlara davam ediblər.
Təqsirləndirilən Davit İşxanyan ("Dağlıq Qarabağ Respublikası Milli Məclisinin spikeri"), Levon Mnatsakanyan ("müdafiə naziri"), Bako Saakyan ("prezident"), habelə Levon Balayan, Davit Allahverdiyan, Erik Qazaryan və Melikset Paşayanın vəkilləri müdafiə etdikləri şəxslərə bəraət istəyib.
Qarik Martirosyanın müdafiəçisi Rəşadət Axundov da deyib ki, O, hərbi hissədə sıravi əsgər kimi xidmət edib və məhkəmədən onun haqqında ədalətli qərar verilməsini istəyib.
Habelə tanınmayan qurumun lideri Araik Harutyunyanın müdafiəçisi də ona bəraət istəyib.
Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.